Çempionlar Liqasının 1/4 və Avropa Liqası yarımfinal görüşlərinin ardından UEFA reytinq cədvəlini yeniləyib. 

Offsideplus.az xəbər verir ki, siyahıda Azərbaycanın mövqeyində dəyişiklik olmayıb -  18 750 xalla 26-cı pillə.

Aktivində 23 928 xal olan İspaniya yığması reytinq cədvəlində birinci sıradadır.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının, “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.