FİFA təşkilatın prezidenti Canni İnfantino barəsində araşdırmanın başlanması haqqında informasiyaya münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, ali futbol qurumunun saytından yayılan açıqlamada "FIFA İsveçrənin Xüsusi Dövlət Prokurorluğunun ölkənin Baş prokuroru Maykl Lauber və FIFA prezidenti Canni İnfantino arasındakı görüşləri araşdırmaq qərarını qəbul edir. FİFA, prezidenti də daxil olmaqla, İsveçrə hakimiyyətini səlahiyyətlilərinin ixtiyarındadır və həmişə olduğu kimi, bu araşdırma ilə də tam əməkdaşlıq edəcək" sözlərinə yer verilib.

İnfantino özü isə bu fikirləri səsləndirib: "İnsanlar FİFA-nın 2015-ci ildə necə durumda olduğunu və qurumun yenidən güvən qazanamq üçün nələr edildiyini bilirlər. İşləməyə başladığım gündən FİFA-nın keçmişində edilən yanlışların araşdırılmasına kömək olmuşam. FİFA-nın məsul şəxsləri bütün dünyada bu barədə işlər görürlər. FİFa-nın iş birliyi sayəsində insanların günahı sübuta yetirilib və cəzalanıblar. Bu səbəbdən də araşdırmanın olmasını müsbət qarşılayır və dəstəkləyirəm. FİFA İsveçrə səlahiyyətliləri ilə iş birliyinə hazırdır".

Qeyd edək ki, İsveçrə Federal Məhkəməsi FIFA prezidenti Canni İnfantino ilə bağlı araşdırmalara başlayıb. İtaliyalı funksioner vəzifə səlahiyyətlərindən istifadə edərək rüşvət almaqda ittiham olunur.