Məşhur ispan futbolçu David Vilya cinsi təcavüzdə ittiham olunur.

Offsideplus.az xəbər verir ki, 2014-2018-ci illərdə formasını geyindiyi "Nyu York Siti"də təcrübədə olan Skayler adlı xanım tvitter səhifəsində 39 yaşlı forvardın onu təcavüz etdiyini iddia edib: "Nyu York Siti"də məruz qaldığım təcavüz o qədər xoşagəlməz idi ki, peşəkar idman ideyası məni qorxudur. İdmançılar arasında olmaqdan qorxuram. Karyeramı mənə etdikləri üçün dəyişirəm. Bütün xəyallarımı məhv etdi. David Vilya hər gün mənə toxunurdu və rəhbərlərim bunun çox gülməli olduğunu düşünürdülər. Hekayələrini danışmağa cəsarət edən qadınlar mənim qəhrəmanlarımdır".

Qeyd edək ki, David Vilya "Nyu York Siti"də keçirdiyi 126 oyunda 80 qol vurub, 21 məhsuldar ötürmə verib.