Ermənilərin daha çox yaşadığı ABŞ-ın Los-Anceles şəhərində azərbaycanlılarla ermənilər arasında ciddi qarşıdurma yaşanıb.

Offsideplus.az xəbər verir ki, ermənilər Azərbaycan konsulluğunun qarşısında aksiya keçirməyə cəhd göstəriblər. Bir qrup azərbaycanlı fəal da əraziyə toplaşıb, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana hərbi təcavüzünə etiraz ediblər. Bu zaman ermənilər azərbaycanlı fəallara hücum ediblər. Nəticədə bir neçə azərbaycanlı ağır xəsarətlər alıb. 

Xəsarət alan yeddi azərbaycanlı  xəstəxanaya  yerləşdirilib, aralarında reanimasiyaya qoyulanlar da var. Onlardan birinin durumu ağırdır.