İyulun 12-sindən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində ölkəmizə qarşı hərbi təxribat törətməsi nəticəsində 11 hərbçimiz vəfat edib, bir mülki şəxs də həyatını itirib.

Ölkənin gündəminə çevrilən hadisəyə idmançılarımız biganə qalmayıblar. İdman ictimaiyyəti, idmançılar, klublar, futbolçular sosial şəbəkə hesablarında vətənpərvərlik ruhlu paylaşımlar ediblər. 

Yerli futbolçulardan reaksiya verənlər arasında Mahir Emreli, Rəşad Sadıqov, Ramil Şeydayev,  Vüsal İsgəndərli və digərləri olublar. 

Araz Abdullayev və Cavid Hüseynov ötən gecə Bakıda baş tutan əskərlərə dəstək yürüşündə iştirak edib, video və fotolar paylaşıblar.

Paylaşım edənlər arasında "Səbail"in məşhur futbolçusu Maykl Essyen, "Qarabağ"ın sabiq futbolçuları Yakub Jezniçak, Ansi Aqolli, İbrahim Şehiç, Riçard Almeyda (milli komandanın üzvü), Reynaldo diqqət çəkib. 

İdmançılarımız arasında güləş üzrə dünya çempionları Həsən və Hacı Əliyevlər, əfsanəvi karate ustası Rafael Ağayev şəhidlərimizə dəstək nümayiş etdiriblər.

Premyer Liqa klubları, AFFA, PFL hadisələrə biganə qalmayıblar. Klublar arasında "Qarabağ" mütəmadi paylaşımları ilə diqqət çəkib. "Neftçi" klubu sosial şəbəkə hesablarından xarici dillərdə paylaşım etməyi unutmayıb.

Offsideplus.az həmin paylaşımlardan bir neçəsini diqqətinizə çatdırır:

1

2

3

4

5

6

7

8

9

10

109337106 835509026857082 5197206494406152413 n