İngiltərənin "Derbi Kaunti" klubunun kapitanı Andre Uisdom bıçaqlanıb.

Offsideplus.az BBC-yə istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi Liverpul şəhərində hücuma məruz qalıb. Qarət zamanı xəsarət alan oyunçu hazırda xəstəxanadadır.

Klub futbolçunun sağlamlığının yerində olduğunu bildirib.

Qeyd edək ki, Andre Uisdom 2017-ci ildə "Liverpul"dan "Derbi Kaunti"yə keçib.