Avropa Atletikasının prezidenti Sven-Arne Hansen vəfat edib.

Offsideplus.az xəbər verir ki, norveçli funksioner 75 yaşında dünyasını dəyişib.

Son zamanlar Hansenin səhhətində problemlər var idi. Martda Hansen insult keçirib. Həmin vaxt onu koronavirus testindən keçiriblər. Ancaq test mənfi nəticə verib.