"Neftçi" klubunun əsas komandasını aparan avtobus qəzaya uğrayıb.

Offsideplus.az xəbər verir ki, hadisə bir qədər əvvəl Heydər Əliyev prospektində - komanda üzvləri məşq üçün klubun bazasına gedərkən baş verib.

Qəza yolda hərəkət edən taksi sürücüsünün ötmə əməliyyatını uğursuz icra etməsi üzündən baş verib. Belə ki, sağ tərəfdə hərəkət taksi avtomobili qarşısındakı maşını keçmək istəyərkən qəflətən sol tərəfdə gedən "Neftçi"nin avtobusunun qarşısına çıxıb. Xoşbəxtlikdən avtobusun sürücüsü vaxtında əyləci basa bilib və heç kim xəsarət almayıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.(futbolpress.az)

{gallery preview_height=400 open_graph=0}2020-06-16/nef-1/{/gallery}