Polşa yığmasının baş məşqçisi Yeji Bjençeklə müqavilənin müddəti uzadılıb.

Offsideplus.az Polşa Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmə 2021-ci ilin sonunadək nəzərdə tutulub. 49 yaşlı mütəxəssis 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində də komandaya rəhbərlik edəcək. Polşa DÇ-2022-yə vəsiqə qazansa, Bjençekin müqaviləsi daha bir il uzanacaq. 

Qeyd edək ki, Yeji Bjençek Polşa yığmasında 2018-ci ilin iyulundan işləyir.