“Tottenhem”in futbolçusu Dele Alli qarət olunub.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin evinə iki silahlı cinayətkar girib. İngiltərə millisinin üzvü həmin vaxt evində altı dostu və rəfiqəsi ilə olub.

Futbolçunu döyən qarətçilər “Richard Mille” və “Audemar Piguet” şirkətlərinə məxsus saatları, həmçinin qızıl zinət əşyalarını alıb.