Tanınmış idmançı Kamil Zeynallının həbsinə həyat yoldaşı münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, müğənni Gülay Zeynallı “İnstagram”da dua edən foto paylaşaraq bu sözləri yazıb: “Allah qəlbləri görüb, onu mükafatlandıran Allahdır. Sənin, o insanın nə çəkdiyini bilmədiyin halda, o insanın hansı yükü daşıdığını, yorulub yıxılıb-durduğunda, ona yolun sonuna kimi dözüm verən Allahdır. Allah dualarımızı qəbul etsin”.

Qeyd edək ki, Kamil Zeynallı karantin qaydalarını pozduğu üçün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq həbs olunub.