İngiltərənin "Tottenhem" klubunun cənubi koreyalı futbolçusu Son Xın Min hərbi xidməti başa vurub.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı hücumçu 3 həftəlik əsgərlik dövrünü diplomla bitirib.

Aprelin 20-dən hərbi hazırlıqlarda iştirak edən asiyalı forvard 157 nəfərlik şəxsi heyət arasında ən yaxşılardan biri olub. O güllə atışında maksimum nəticə göstərib.

Qeyd edək ki, Son Xın Min 2015-ci ildən "Tottenhem"in formasını geyinir.