Hollandiya millisinin sabiq futbolçusu Aryen Robben karyerasını bərpa edə bilər.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı oyunçu koronavirus pandemiyası ilə əlaqədar dayandırılan futbol yarışları bərpa olunduqdan sonra bu barədə düşünəcəyini söyləyib: "Karyeramı bitirdikdən bir qədər sonra yenidən qayıtmaq fikrinə düşdüm. Öz-özümə "bəlkə bir az da oynamaq istəyirsən" sualını verdim. Koronavirus hər kəsin həyatını qəribə vəziyyətə saldı. Futbolun bərpasını gözləyirik. Hələ də özümü peşəkar idmançı kimi görürəm. "Bavariya"nın oyunlarını imkan tapdıqca izləyirdim".

Qeyd edək ki, "Bavariya", "Real", "Çelsi", PSV kimi klubların formasını geyinən Aryen Robben karyerası ərzində Almaniyada 8, İngiltərədə 2, İspaniya və Hollandiyada 1 dəfə ölkə çempionu olub.