"Transfermarkt” futbolçuların yeni qiymətlərini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, koronavirusa görə futbol çempionatlarının dayandığı bu günlərdə dünyanın ən bahalı futbolçusu fransalı Kilian Mbappedir - 180 milyon avro. "Mançester Siti”nin futbolçusu Rahim Sterlinq  və PSJ-nin forvardı Neymar 128 milyon avro qiymətlə 2-3-cü yerləri bölüşdürürlər. Siyahıda 4-5-ci pillələrində "Liverpul”un futbolçuları – Mane ilə Salah qərarlaşıb. Futbolçuların dəyəri 120 milyon avrodur.
28 milyon avro ucuzlaşan "Barselona”nın futbolçusu Lionel Messi 112 milyon avro qiymətlə 9-cudur. "Yuventus”un futbolçusu Kriştiano Ronaldonun qiyməti isə 15 milyon avro ucuzlaşıb. O, 60 milyon avro qiymətlə 46-cı pilləyə düşüb.