"Arsenal"ın formasını geyinən Məsut Özil koronavirusla mübarizə çərçivəsində "evdə qal" çağırışı edib.

 Offsideplus.az xəbər verir ki, türk əsilli alman futbolçu "Twitter" hesabında paylaşım edərək, izləyicilərindən evdə Məsut Özil forması ilə çəkdikləri fotolarını paylaşmalarını istəyib.

Məsut paylaşımında "ən çox bəyəndiyim fotoların sahibləri "Arsenal"ın ev matçına 2 nəfərlik bilet qazanaq" sözlərini yazıb.

31 yaşlı futbolçu bəyəndiyi fotolara öz həyatından bəhs etdiyi kitabı ilə yanaşı forma və papaq paylaşacağını da bildirib.