Bakı Olimpiya Stadionu (BOS) da Ümumdünya Səhiyyə Təşkilatının koronavirus pandemiyası ilə bağlı #evdəqal aksiyasına qoşulub.

Offsideplus.az xəbər verir ki, arenanın üzərindəki işıqlandırmada "Evdə qal, sağlam qal" "Görünməyən qəhrəmanlar" şüarları əks olunub.

BOS rəsmi "Facebook" səhifəsindən etdiyi paylaşımda vətəndaşları evdə qalmağa səsləyib.