Türkiyə millisinin sabiq üzvü Gökhan Gönül futbolçu karyerasını başa vurub.
Offsideplus.az xəbər verir ki, bu barədə 38 yaşlı cinah müdafiəçisi öz "Tvitter" səhifəsində paylaşım edib.
Qeyd edək ki, Gökhan Gönül karyerası ərzində "Gənclərbirliyi", "Fəmərbağça", "Beşiktaş" və son olaraq isə "Rizespor"da çıxış edib. O, 3 dəfə Süper Liqa və Türkiyə Superkuboku, 2 dəfə isə Tükiyə kubokunun qalibi olub.
Müdafiəçi 2007-2019-cu illərdə formasını geyindiyi Türkiyə yığmasında isə 63 oyunda 1 qolla yadda qalıb.
Fəqan İbrahimli