Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Jorje Jesus vəzifəsindən ayrılıb.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ölkə kubokunun "Başakşəhər"lə matçından sonra postunu tərk etdiyini bildirib. 68 yaşlı mütəxəssis İstanbul təmsilçisi ilə başa çatan müqaviləsini yeniləməyib.
Qeyd edək ki, Jorje Jesus 2022-ci ilin yayında "Fənərbağça"nın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında Super Liqanı 2-ci pillədə başa vurub, ölkə kubokunda isə qalib olub.
Fəqan İbrahimli