"Qalatasaray"ın sabiq futbolçusu Emre Çolak karyerasını bitirib.
Offsideplus.az xəbər verir ki, bu barədə 31 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında məlumat yayıb. O, paylaşımında bunları deyib:
"Üstümdə əməyi olan hər kəsin əllərindən öpürəm. Allah sizdən razı olsun. Bu gündən sonra ailəmin xoşbəxtliyi üçün yaşayacam. Ölüm var, sevdiklərinizlə vaxt keçirin".
Qeyd edək ki, geridə qalan ay İspaniyanın 3-cü liqa təmsilçisi "İntersiti" ilə cari mövsümün sonuna qədər müqavilə imzlayan Emre 17 gün sonra anlaşmaya son qoyaraq bu qərarı verib. "Qalatasaray"ın yetirməsi olan futbolçu sözügedən klubdan başqa "Deportivo" (İspaniya), "Əl -Vahda" (Səudiyyə Ərəbistanı), Türkiyədə "Fatih Karagümrük", "Hatayspor", "Başakşəhər" və "Göztəpə" kimi komandalarda forma geyinib.