"Mançester Siti"nin futbolçusu Fil Fodenin anası döyülüb.
Offsideplus.az xəbər verir ki, Premyer Liqada "Tottenhem"ə 3:2 hesabı ilə məğlub olduqdan sonra ailəsi ilə birlikdə gecə klubuna gedən gənc futbolçu azarkeşlərlə mübahisə etməyə başlayıb. Hücum zamanı 21 yaşlı yarımmüdafiəçinin anası Klaire Foden yumruqla vurulub.
Qeyd edək ki, Foden bu mövsüm "şəhərlilər"in heyətində 27 matçda 9 qol və 4 məhsuldar ötürmə edib.
Həmin görüntüləri sizə təqdim edirik: