Qırğızıstanın paytaxtı Bişkekdə qeyri-adi stadion tikiləcək.
Offsideplus.az xəbər verir ki, yeni meydanın qırğızların ənənəvi keçə çadırı formasında hazırlanması planlanıb.
Stadion paytaxtda nəqliyyat problemi yaranmaması üçün şəhər kənarında salınacaq. 85 000 km² ərazini əhatə edəcək idman qurğusu 45 000 nəfər tutuma malik olacaq. Stadionun kənarında biri qapalı olmaqla iki məşq sahəsi, kafe, restoranlar və alış-veriş mərkəzi də olacaq.
Dizayna gəldikdə isə milli fiqur və ornamentlərdən istifadə olunacaq, stadionun xarici görünüşü qırğızların "boz üy" çadırını xatırladacaq.