"Yuventus"un oyunçusu Alişa Lehman qadın və kişi futbolundakı maaş fərqindən danışıb.
Offsideplus.az xəbər verir ki, Lehman bəylərin xanımlardan qat-qat artıq maaş almasını ədalətsizlik hesab edir. O, bu barədə "La Gazetta Dello Sport"a müsahibəsi zamanı danışıb.
İsveçrəli futbolçu sevgilisi Duqlas Luizi nümunə gətirib:
"Onunla eyni işi görürük, eyni klubda oynayırıq. Amma ondan 100 qat daha az pul alıram. Bu düzgün deyil. Mənə təsir edir, çünki mən bir qadınam".