Avstraliya otüstü hokkey komandasının üzvü Tomas Kreyq 12 ay idmandan uzaqlaşdırılıb.
Offsideplus.az xəbər verir ki, idmançı Parisdə keçirilən Olimpiaya Oyunlarında kokain almağa cəhd edib. Lakin Fransa hüquq-mühafizə orqanları ona mane olub. Məlumatı Avstraliya Hokkey Federasiyası yayıb.
Tomas Kreyq özünü yaxşı aparsa, 6 aylıq cəzası bağışlana bilər.