Kərim Benzema sosial şəbəkədə İsrail və Fələstin arasında hərbi münaqişə ilə bağlı fikirlərini paylaşıb.

Offsideplus.az xəbər verir ki, oyunçu bu barədə şəxsi sosial şəbəkəsində yazıb. Paylaşımda qeyd olunub: “Biz nə qadınları, nə də uşaqları əsirgəməyən bu ədalətsiz bombardmanların bir daha qurbanı olan Qəzza xalqı üçün dua edirik”. 

Qeyd edək ki, 2023-cü ildən Benzema Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunda çıxış edir.