İyulun 22-də Pirallahıda yerləşən Nərəkənd parkında Red Bull Yağlı Dirək yarışı keçiriləcək. 

Offsideplus.az xəbər verir ki, yarışda cəsarətli iştirakçılar yağlı dirəyin üstündə əsas mükafat uğrunda mübarizə aparacaqlar.

Red Bull Yağlı Dirək yarışının qaydaları çox sadədir. 10 metrlik yağlı dirəyin üstündə qaçmaq və dirəyin sonunda olan bayrağı götürməkdir. Sən də bu əyləncəli yarışa qoşul və qalib olmaq şansını qaçırma.

Nərəkənd parkında keçiriləcək yarışda 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Bunun üçün sadəcə qeydiyyatdan keçmək kifayətdir: REDBULL.AZ/YAGLIDIREK
Xəzərin sahilində, suyun üzərində yerləşən yağlı dirəyin sonuna kimi yıxılmadan qaç, bayrağı götür və qalib olaraq pul mükafatı qazan.

Red Bull Yağlı Dirək nədir?

Ölkəmizdə ilk dəfə keçiriləcək Red Bull Yağlı Dirək yarışının tarixi Türkiyənin müxtəlif şəhərlərində təşkil olunan “Dənizçilik və Kabotaj” bayramına gedib çıxsa da, hazırda bu ənənə daha çox dəniz mövsümündə insanlara əyləncəli və uzun müddət yaddaşlardan silinməyəcək xatirə bəxş etmək üçün davam etdirilir.

İştirak və əyləncəli tədbiri seyr etmək sərbəstdir.
QEYDİYYAT VƏ ƏTRAFLI MƏLUMAT: REDBULL.AZ/YAGLIDIREK