FIFA futbola yeni qayda əlavə edəcək. 

Offsideplus.az xəbər verir ki, yeni qaydaya görə, futbolçuların matç zamanı qol sevinclərinə sərf etdiyi vaxt hesablanacaq. Qeydə alınan həmin vaxt hissələrin sonuna əlavə olunacaq. Bu barədə "Marca" nəşri məlumat yayıb. 

Qeyd edək ki, FIFA daha öncə ofsayd qaydalarını dəyişmişdi. Belə ki, sadəcə diz və ya çiyin öndədirsə, oyundan kənar vəziyyət sayılmayacaq. Futbolçunun bütün bədəni öndə olmalıdır.

 

Günay Xəlil