“Zirə”nin Müşahidə Şurasının sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Türkiyənin “Alanyaspor” klubunun prezidenti Hasan Çavuşoğlu və Rusiyanın “Rubin” klubunun direktoru Şamil Xusnutdinovla görüşüb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat  xidməti məlumat yayıb. Hər iki klub rəhbəri ilə görüşdə futbolla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin yeni layihələr və klublar arasında əməkdaşlıq perspektivləri də müzakirə edilib.

184310 owg2c524u4