İstanbulda bir məkanda yemək yeyəndən sonra Serxio Aquero yarım saat boş taksi tapa bilməyib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Hürriyet" nəşri məlumat yayıb. Həmin ərazidə obyekti olan keçmiş futbolçu Gökhan Gönül bundan xəbər tutub.

"Beşiktaş", "Fənərbağça" klublarında oynamış sabiq oyunçu Aqueronu öz maşını ilə hotelə buraxıb.