Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Offsideplus.az xəbər verir ki, I Divizionda mübarizə aparan MOİK komandasında çıxış edən 6 futbolçu futboldan uzaqlaşdırılıb.

Danışılmış oyunlar üzrə aşağıdakı qərarlar qəbul edilib:

 Kamil Hüseynov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Veysov Elşən, MOİK-in formasını geyinmiş  Qabil Sabirli, hazırda “Araz Naxçıvan”da çıxış edən sabiq qapıçı Fərman Bayramova danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulub.

Bundan əlavə, Samir Hüseynov adlı şəxsin oyunların təşkil edilməsinə görə futbolla bağlı hər hansı fəaliyyətdən ömürlük məhrum edilərək AFFA və PFL bayrağı altında keçirilən matçlarda stadiona daxil olmağı qadağan edilib.

Qeyd edək ki, adları çəkilən futbolçular 6 aydan sonra futbol fəaliyyəti ilə məşğul ola bilərlər.