Bu gün AFFA-nın inzibati binasında İntizam Komitəsinin növbəti iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, iclasda 1-ci divizon komandaları ilə bağlı aşağıdakı qərarlar verilib:
I Divizionun XXVI turunun “Kəpəz-2” – “Qarabağ-2” görüşünün oyunöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz-2” komandası 40 manat cərimə edilib.
“Kəpəz-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qarabağ-2” komandası 80 manat cərimə edilib.