Azərbaycan teleməkanında iki idman kanalından biri olan "CBC Sport"da rəhbərlik dəyişə bilər.

 Belə ki, 2016-cı ildən bəri telekanalın şefi olan Volkan Üstün postunu tərk etməsi gözlənilir.

Onun yerinə ən real namizəd isə məşhur telereportyor Şakir Eminbəylidir. Lakin bu, baş tutmaya bilər.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, Şakir bəy "CBC Sport"un rəhbər postuna təklif alsa da, bundan imtina edib.

Qeyd edək ki, bu yaxınlarda telekanalda bəzi departamentlər ləğv olunub. Bir neçə jurnalist isə işdən çıxarılıb.

Offsideplus.az