Bu gün AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi tərəfindən Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya və İsveç milli komandalarına qarşı keçirilmiş oyunlarla bağlı ətraflı hesabat təqdim olunub.

Hesabat dinlənildikdən sonra İcraiyyə Komitəsinin üzvləri tərəfindən uğursuz nəticələrlə əlaqədar baş məşqçiyə iradlar səsləndirilib, hər iki oyunun ciddi təhlil olunmasının, yol verilmiş səhvlərin gələcək oyunlarda təkrarlanmamasının vacibliyi bildirilib. Eyni zamanda, qeyd olunub ki, milli komandanın heyətinə cəlb olunan futbolçuların millinin oyunlarına daha da məsuliyyətlə yanaşması, qarşılaşmalara hazırlıq və oyunlar zamanı vətənpərvərlik hisslərinin yüksək olması və klubların da bu prosesdə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi vacibdir.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin ilk iki oyununda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə məğlub olub.