“Mançester Yunayted”in müdafiəçisi Rafael Varan karyerasını bitirmək istədiyi klubun adını açıqlayıb.

Offsideplus.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, Liqa 1 təmsilçisi “Lans”da futbolçu karyerasını sonlandırmaq istədiyini vurğulayıb.

Xatırladaq ki, Varan peşəkar oyunçu karyerasına 2010-cı ildə Fransa klubunda start verib.   

Qeyd edək ki, Fransa millisinin üzvü  2021-ci ildən “Mançester Yunayted”də çıxış edir. O, cari mövsümdə “qırmızı şeytanlar”ın heyətində bütün turnirlər daxil olmaqla 27 oyuna çıxıb. Onun klubla sözləşməsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.