"Qalatasaray"ın hücumçusu Mauro İkardi "Qarabağ"la (2:1) dünən Bakıda keçirilən xeyriyyə matçı haqda fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, komandasının qələbə qolunu vuran argentinalı ulduz futbolçu İnstaqram hesabındakı paylaşımında bu matçın keçirilməsi üçün Azərbaycana təşəkkürünü bildirib: 

"Zəlzələdə zərərçəkənlərə yardım üçün təşkil edilmiş bu oyuna görə Azərbaycana təşəkkür edirəm. İştirak edən hər kəsə minnətdaram".

Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə ayrılacaq.