Türkiyədə baş verən zəlzələ nəticəsində daha bir idmançı vəfat edib. 

Offsideplus.az xəbər verir ki, Türkiyənin 3×3 basketbol yığma komandası və “Çankaya Universiteti” klubunun üzvü Nilay Aydoğanın cəsədi dağıntıların altından çıxarılıb. Bu barədə Türkiyə Basketbol Federasiyası məlumat yayıb.

Qeyd edək ki, Nilay Aydoğan Malatyaya nənəsini ziyarət etmək üçün gedib və zəlzələ nəticəsində onların olduğu ev dağılıb.

WhatsApp Image 2023 02 13 at 16.14.02