"Real"ın  baş məşqçisi Karlo Ançelotti klubdakı gələcəyi haqda açıqlama verib. 

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis  klublararası dünya çempionatını qazandıqdan sonra bununla bağlı deyib: "Mən qovulana qədər buradan ayrılmayacağam".

Qeyd edək ki, daha əvvəl Karlo Ançelottinin Braziliya millisinin yeni baş məşqçisi olacağı ilə bağlı xəbərlər yayılmışdı. Lakin Braziliya Futbol Konfederasiyası bu məlumatı təkzib edib.