Xəbər verdiyimiz kimi, Misli Premyer Liqasının 21-ci turunda keçirilən “Səbail” - “Kəpəz” oyununda (1:0) azarkeşlər arasında dava düşüb.

"Dənizçilər"in azarkeşi Gəncədən gələn fanatlardan birinə bıçaqla xəsarət yetirib. Hadisədən dərhal sonra yaralı azarkeş 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs əməliyyat edilib və həyatı üçün ciddi təhlükə yoxdur. Hadisəni törətməkdə şübhəli bilinən "Səbail" azarkeşi isə artıq saxlanılaraq ərazi üzrə polis bölməsinə aparılıb.

Hazırda "Kəpəz" klubunun İdarə Heyətinin sədri İlqar Nadiri, komandanın baş məşqçisi Tərlan Əhmədov və Milli Məclisin deputatı Müşfiq Cəfərov da 1 saylı Kliniki Tibbi Mərkəzdədir.

324549304 1245339256378024 6532797405512662043 n

Daşqın Əziz