PSJ və Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu arasında keçiriləcək yoldaşlıq oyunun biletləri bir neçə dəqiqəyə satılıb. 

Offsideplus.az ESPN-ə istinadən xəbər verir ki, Lionel Messi və Kriştiano Ronaldo dueli il yadda qalacaq görüşə böyük maraq var.

Belə ki, yanvarın 19-da paytaxt Ər-Riyadda 68 min tamaşaçı tutumuna sahib olan "King Fahd İnternational Stadium"da oynanılacaq matçın biletləri satışa çıxarıldıqdan sonra 2 milyondan çox insan onlayn növbəyə durub.

Qeyd edək ki, Ronaldo və Messi klub və milli komanda çərçivəsində 36 dəfə bir-birlərinə qarşı rəqib olub. Bu görüşlərdə argentinalı -16 və  portuqaliaylı ulduz  isə -11 qələbəyə sevinib. Messi bu görüşlərdə 22 , Ronaldo isə 21 qol vurub.