Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib

Offsideplus.az xəbər verir ki, tədbirdə iştirak edən AzərbaycanPrezidenti İlham Əliyev 2022-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib

Dadaş Dadaşbəyli, Ruslan Lunyov, Əli İbrahimov, Tahir Baxşıyev, Tayfur Əliyev, İlham Məmmədov, Təbriz Həsənov, Ağahüseyn Mustafayev, Sənan Süleymanov, Taleh Məmmədov, Ramazan Muradov, Yaylagül Ramazanova, İrina Zaretska, Fəxrəddin Quliyev, Südeif Quliyev, Elvin Astanov, Ramil Mahmudov, Billurə Eminova, Rəhim Qasımov, Cavad Ağayev, Asif Həsənov və Şəfəq Kərimovaya yeni mənzillərin orderləri təqdim olunub.