"Real"ın və Fransa millisinin futbolçusu Kərim Benzemanın yığmadakı karyerasını başa vurmasının səbəbi müəyyənləşib. 

Offsideplus.az "RMC Sport"a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu yerli federasiyanın baş məşqçi Didye Deşamla müqaviləni uzatmasına görə bu qərarı verib. Xəbərdə o da qeyd edilir ki, Benzemanın çalışdırıcı ilə münasibətləri elə də yaxşı deyil. Mənbəyə görə, Deşam "Real"ın forvardını milliyə çağırmaq istəməyib, lakin klubdakı parlaq çıxışı onu futbolçunu yığmaya dəvət etməyə məcbur edib. 

Benzema fransalı mütəxəssislə  sözləşmənin yenilənəcəyini bir müddət əvvəl öyrənib. Ötən gün isə çalışdırıcının müqaviləsi rəsmən uzadıldığı açıqlanıb.  

Qeyd edək ki, bir müddət öncə Benzema ilə Deşam arasında münaqişə olduğuna dair xəbərlər yayılıb.