Uruqvay yığmasının qapıçısı Sebastian Sosanın anası dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı futbolçu millinin olduğu düşərgədən ayrılaraq ailəsi ilə birlikdə Uruqvayın paytaxtı Montevideoya yollanıb.

Komanda yoldaşları qapıçıya dəstək olmaq məqsədilə məşqə bir dəqiqəlik sükutla başlayıblar.