Bu gün Parisdə “Qızıl top”un sahibi müəyyənləşəcək. 

Offsideplus.az xəbər verir ki, tədbir Bakı vaxtilə saat 22.30-da başlayacaq.  Əsas fərdi mükafata iddialıların reytinqində ilk sırada Madrid “Real”ının ulduzu Kərim Benzema yer alıb.

Həmçinin bu axşam qadınlar arasında “Qızıl top”, ən yaxşı qapıçı üçün Lev Yaşin mükafatı, ən yaxşı hücumçu üçün Gerd Müller mükafatı, ən yaxşı gənc oyunçu üçün “Kopa Trophy” kuboku, ən yaxşı klub mükafatı, həmçinin Sokrates adına mükafat, eləcə də ilk dəfə “çempionlar tərəfindən edilən ən yaxşı həmrəylik aksiyasına görə” mükafatın qalibləri məlum olacaq.

 Xatırladaq ki, “Qızıl Top” mükafatını ən çox  PSJ-nin hücumçusu Lionel Messi (7) qazanıb. Onun adı 2021-ci ildə namizədlər siyahısına daxil edilməmişdi.

Qeyd edək ki, bu il ilk dəfə olaraq “Qızıl top”u təqvim ilinə görə deyil, mövsümün nəticələrinə görə veriləcək.