Ötən gecə "Qarabağ"a 0:3 hesabı ilə uduzaraq UEFA  Avropa Liqasında ardıcıl üçüncü məğlubiyyətini yaşayan "Olimpiakos"un futbolçusu Pape Abu Sisse daha bir şok yaşayıb.

 Offsideplus.az "MyNews.gr" saytına istinadla xəbər verir ki, oyunu stadiondan izləyən 27 yaşlı müdafiəçinin həyat yoldaşı tribunada huşunu itirib.

Əvəzləndikdən sonra etdiyi hərəkətə - azarkeşləri söydüyünə görə təhqirlərə məruz qalan Sissenin xanımı təzyiqlərə və gərgin atmosferə dözə bilməyib və huşunu itirib.

O, dərhal xəstəxanaya aparılıb.