Türkiyənin “Qalatasaray” klubunun sabiq futbolçusu Sofyan Fequli İstanbul təmsilçisini FİFA-ya şikayət edib.

Offsideplus.az xəbər verir ki, hazırda klubsuz olan əlcəzairli yarımmüdafiəçi "sarı-qırmızılar"ın ona borclu olduğunu iddia edir. Məlumata görə İstanbul klubu futbolçuya 1.6 milyon avro ödəməlidir. 

Xatırladaq ki, 32 yaşlı oyunçunun may ayında sözləşməsi başa çatdıqdan sonra İstanbul təmsilçisi müqavilə uzatmayaraq onunla yolları ayırmışdı.

Qeyd edək ki, Fequli 2017-ci ilin yayında "Vest Hem"dən 4.25 miyon avro qarşılığında "Qalatasaray"a transfer olunmuşdu. O, bu müddətdə "cim-bom"un heyətində 161 oyun keçirib, 33 qol və 31 assist edib.