Meksikanın Oaxaka ştatının Santa-Lusia del Kamino şəhərində həvəskarlar liqasında futbol oyunu keçirilib. 

Offsideplus.az "Haber Qlobal"a istinadən xəbər verir ki, matç zamanı futbolçulardan biri qəfil yerə yıxılıb. Bu zaman meydanda olan digər oyunçular onun köməyinə qaçıblar. Həkim briqadası dərhal meydana daxil olaraq müdaxilə edib.

Lakin Raul Reyes adlı futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Onun infarkt səbəbindən dünyasını dəyişdiyi vurğulanıb.