Avropa Liqasında ötən mövsümün ən yaxşı futbolçusu bilinib.

Offsideplus.az xəbər verir ki, Frankfurt "Ayntraxt"ının yarımmüdafiəçisi Filip Kostiç mövsümün ən yaxşı oyunçusu adına layiq görülüb. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Kostiç ötən mövsüm "Ayntraxt"la Avropa Liqasının qalibi olub. O, 12 oyunda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Yuventus" serbiyalı futbolçunu bu ay icarə əsasında heyətinə qatıb.