"Neftçi"nin U-17 komandası İtaliyada keçiriləcək beynəlxalq Skopinyo Kubokunda iştirak edəcək.

Offsideplus.az xəbər verir ki, turnirdə paytaxt təmsilçisi ilə yanaşı, "Fənərbağça" (Türkiyə) , "İnter", "Roma", "Napoli", "Latsio", "Salernitana", "Ternana", "Lodiciani 1927", "Yunayted Napoli", "Pol Kantalis" (İtaliya) və "Fluminense" (Braziliya) klublarının müvafiq yaş qruplarından ibarət komandaları da mübarizə aparacaq.

Turnirin dəqiq vaxtı avqustun 23-də məlum olacaq.

Qeyd edək ki, "Neftçi"nin U-17 komandası sentyabrın əvvəlində İtaliyaya gedəcək.