“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Çexiyada “Viktoriya” (Plzen) keçiriləcək səfər matçını izləmək istəyən azarkeşlərə müraciət edib.

Offsideplus.az xəbər verir ki, klub bu barədə sosial şəbəkə hesablarında məlumat verib:

 "Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Viktoriya” (Çexiya) - “Qarabağ” matçını izləmək və komandamızı dəstəkləmək istəyənlər oyun günü 19:00-dan 21:00-a qədər Plzen şəhər stadionunda azarkeşlərimiz üçün ayrılmış U-12 və U-13 sektorlarının giriş qapısından bilet ala bilərlər. Biletin qiyməti 25 avrodur".

Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" (Plzen) - "Qarabağ" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq. İki komanda arasında Bakıda baş tutan görüşdə qolsuz bərabərlik qeydə alınmışdı.