UEFA ötən mövsümün ən yaxşı qadın futbolçusu adına namizəd olan 3-lüyü açıqlayıb.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda yer alan oyunçular bunlardır:

  Bet Mid ("Arsenal"ın hücumçusu), Lena Oberdorf ("Volfsburq"unun forvardı) və Aleksiya Putelyasdır ("Barselona"sının yarımmüdafiəçisi).

Qeyd edək ki, qaliblərin adları avqustun 25-də Türkiyənin İstanbul şəhərində keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.