Dünyanın ali futbol qurumu FİFA bu il Qətərdə keçiriləcək mundial zamanı iştirakçı komandaların paltardəyişmə otağında baş verənləri yayımlamaq istəyir.

Offsideplus.az xəbər verir ki, qurum bunun üçün soyunub-geyinmə otaqlarında kameraların quraşdırılmasını nəzərdən keçirir.

Görüntülər canlı və ya bir qədər gecikmə ilə yayımlana bilər.

Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.